“Qarabağ” və “Neftçi” klublarının Azərbaycan Premyer Liqasının III turunun oyunları təxirə salınıb.
İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki klub UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları ilə əlaqədar Peşəkar Futbol Liqasına müraciət edərək Premyer Liqanın III turunun görüşlərinin təxirə salınmasını xahiş ediblər.
Yuxarıda göstərilənlər və yarışların əsasnaməsinin 3.19 bəndi nəzərə alınaraq, Azərbaycan Premyer Liqasının III turunun “Araz Naxçıvan” – “Qarabağ” və AZAL – “Neftçi” matçları başqa tarixə keçirilib.
Qeyd edək ki, “Qarabağ” avqustun 28-də Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Tvente”nin (Hollandiya) qonağı olacaq, “Neftçi” isə evdə “Partizan” (Serbiya) klubunu qəbul edəcək.