22 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” və “Qəbələ” gerilədi

Avrokubokların qrup mərhələsi başa çatdıqdan sonra UEFA-nın klub reytinqi  açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, qrup mərhələsində yer alan və mübarizəni dayandıran təmsilçilərimiz “Qarabağ” və “Qəbələ”nin mövqelərində cüzi dəyişiklik baş verib.

Belçikada “Anderlext”ə məğlub olaraq (2-1) qrupda qalacağını rəsmiləşdirən “Qarabağ”  1 pillə geriləyib. Ağdam təmsilçisi 13,475 xalla 129-cu pillədə qərarlaşıb.  

“Anderlext”in qələbəsi digər Belçika təmsilçisi “Zulte Varegem”in “Qarabağ”ı keçməsi ilə nəticələnib. “Bakcell Arena”da “Krasnodar”a məğlub olan (3-0) “Qəbələ”də aktivinə xal qazandıra bilməyib.  Təmsilçimiz 5,225 xalla 1 pillə geriləyərək 253-cü yerə yuvarlanıb.

Qeyd edək ki, siyahıya aktivində 161,057 xal olan “Real Madrid”başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43