Tofiq Bəhramov adına Resupblika stadionu yeni mövsüm üçün avrokuboklarda iki klubumuzun ixtiyarında olacaq.
İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” və “Qəbələ” 2015/16 mövsümündə avrokuboklarda ev oyunlarını Respublika stadionunda keçirəcək. Hər iki komanda əsas arena qismində UEFA-ya Tofiq Bəhramov adına Resupblika stadionu təqdim olunub. Ehtiyat stadion kimi isə “Dalğa Arena” göstərilib.