UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” “Monako”, “Qəbələ” “Borussiya” ilə qarşılaşacaq.
İdmanxeber.com-un məlumatına görə, noyabrın 5-də keçiriləcək matçlar təkcə ölkəmizdə canlı yayımlanmayacaq. “Qarabağ”ın Bakıda, “Qəbələ”nin isə Dortmundakı matçını Rusiyanın “NTV+2” telekanalı canlı yayımla tamaşaçılara nümayiş etdirəcək.
Xatırladaq ki, ölkəmizdə bu matçları İdman Azərbaycan və AzTV telekanalları cnalı yayımlayacaq.
Avropa Liqası, IV tur
5 noyabr
20:00 “Qarabağ” – “Monako” – İdman Azərbaycan, NTV+2
22:00 “Borussiya” – “Qəbələ” – AzTV, NTV+2