Azərbaycan çempionu “Qarabağ” Avstriyada hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, Zalsburq şəhərindən 60 km aralıda yerləşən Kössen qəsəbəsində hazırlıq keçən komandanın proqramında ötən gün 2 məşq vardı.
Bir gün öncə “Şaxtyor”la qarşılaşan komanda səhər çalışmasına yeri vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30) yollanıb. Daha doğrusu oteli tərk etməyən komanda trenajor zalına hərəkət edib. 2 qrup halında məşq edən ağdamlılar ümumilikdə 90 dəqiqə ərzində salonda çalışıblar.
Günün 2-ci məşqi isə yaşıl meydanda baş tutub. Yerli vaxtla 17:30-da məşqə başlayan komandanın hazırlığı saat yarım davam edib. İsinmə hərəkətlərinin ardından toplu çalşmalar yerinə yetirilib. Kapitan Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışıb.
Bu gün “Qarabağ”ın 1 məşqi olacaq. Komanda meydana yerli vaxtla 10:30-da yollanacaq.