Bu gün Avropa Liqasının pley-off mərhələsində baş tutacaq “Qarabağ” – “Tvente” oyunöncəsi hər iki klub prezidentinin görüşü baş tutub.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərləri beş ildən sonra yenidən bir araya gəliblər.
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, “Azərsun Holdinq”in rəhbərlərindən Fevzihan Arasla “Tvente”nin prezidenti Yup Munsterman süfrə arxasına əyləşiblər. Dostluq və qardaşlıq şəraitində keçən görüş sonrası tərəflər xatirə şəkli çəkdiriblər.