Kateqoriyasız

“Qarabağ” “Vilyarreal”a uduzdu

Son ölkə çempionu “Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununa çıxır.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası ikinci görüşündə qrupun favoriti hesab olunan “Vilyarreal”ı qəbul edəcək.

Bu, Ağdam təmsilçisinin qrupda ilk ev görüşü olacaq. Lakin İspaniya klubu ilə qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə olacaq.

29 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

I qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) – 1:3
Qollar: Ovusu Kvabena, 78 (1:0), Yeremi Pino, 80 (1:1), Pako Alkaser, 85 (1:2), 90+6-pen. (1:3)
Baş hakim: Pavel Orel (Çexiya)
İstanbul. “Başakşəhər Fatih Terim” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43