Premyer Liqa

“Qarabağ” – “Xəzər Lənkəran” matçı təxirə salına bilər

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda Premyer Liqanın 19-cu turu çərçivəsində “Qarabağ” “Xəzər Lənkəran”ı qonaq edəcək.

İdmanxeber.com-un məlumatına görə, güclü qar yağması səbəbindən prinsipial matçın təxirə salınması ehtimalı var. Bu barədə stadionun direktoru Akif İsmayılov məlumat verib:

“Dünən gecədən yağan qar hazırda da davam edir. Stadionun ot örtüyünü də təmizləyə bilmirik. Əgər bu vəziyyətdə oranı təmizləsək ot örtüyünə ziyan dəyər. Biz havanın sakitləşməsini gözləyirik ki, təmizlik işlərinə başlayaq. Bu hava şəraiti sabahda belə davam eləsə, oyun təxirə salına bilər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43