Kateqoriyasız

“Qarabağ” yeni qapıçı transfer edir

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni qapıçı axtarışında olduqlarını təsdiqləyib.

İdmanxeber.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis jurnalistlərə bu barədə açıqlamasında deyib: “Yeni qapıçı axtarışlarımız davam edir. Dərhal oyunçu gətirmək asan deyil. Proses sürətlə davam edir. Bu məsələni maksimum dərəcədə tez həll olunmasına çalışırıq”.

Qeyd edək ki, “Qarabağ”ın qapıçıları Şahruddin Məhəmmədəliy və Emil Balayev əməliyyat olunub. Əsas qapıçı olan Şahruddin 2.5 aydan sonra sıraya qoşulacaq. Balayevin durumu isə yaxşıdır. Onun gələn həftədən komandaya qoşulacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43