"Qarabağ"ın yeni transferi Əfran İsmayılov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Şotlandiyanın "Seltik" klubu ilk matçda iştirak edə bilməyəcək.
İdmanxeber.com "Futbol+" qəzetinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə viza alınmayıb.
"Qarabağ" Ə.İsmayılovun transferindən əvvəl viza məsələsini həll edib. O, bu məsələ həll olunduqdan sonra Ağdam klubuna transfer olunduğu üçün Şotlandiyaya aparılmayacaq.
Məlumatı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiqləyib.
Qeyd edək ki, "Seltik" – "Qarabağ" qarşılaşması iyulun 29-u saat 23:45-də başlayacaq.