Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya) matçının hakim təyinatları açıqlanıb.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü ukraynalı Sergey Boyko idarə edəcək.
Boykoya Aleksandr Voytyuk və Oleq Pluznyuk yardım edəcək. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.
Oyunun UEFA nümayəndəsi Oğuz Sarvan (Türkiyə), hakim-inspektoru isə Kuanış Kanapyanovdu (Qazaxıstan).