23 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” – “Zirə” finalına doğru: kimlər oynamayacaq?

Azərbaycan Kubokunun finalında “Qarabağ”la “Zirə” üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, həlledici görüş öncəsi hər iki tərəfdə də itkilər var. Qəsəbə təmsilçisinin iki üzvü matçda iştirak edə bilməyəcək. Zədəli Filipe Paxtmanla cəzalı Vladislav Kulaç Ağdam klubu ilə oyunu kənardan izləyəcək.

“Qarabağ”da isə Yassin Benzia finalda meydana çıxa bilməyəcək. Buna səbəb əlcəzairli oyunçunun cəzalı olmasıdır. Komandanın heyətində hər hansı bir zədəli futbolçu yoxdur.

Xatırladaq ki, “Qarabağ” – “Zirə” matçı iyunun 2-də keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43