“Qarabağ”ın və milli komandamızın aparıcı üzvü Rəşad Sadıqov zədələnib.
İdmanxeber.com-un məlumatına görə, milli ilə birgə Antalyada olan kapitan zədələndiyi üçün ayrıca məşq edib.
Sadıqovun zədəsi yüngüldü. Onun “Şaxtyor”la oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.
Qeyd edək ki, zədəli olduğu üçün Rəşad Sadiqov və Səlahət Ağayev məşq etmir. Maksim Medvedyev isə eyni problem səbəbindən komandanın düşərgəsini tərk edib.