28 Noyabr 2021
Kateqoriyasız

“Qarabağ”a mesaj var: “Cütün taleyini Bakıda həll etmək istəyirik”

“Cütün taleyini Bakıda həll etmək istəyirik. Azərbaycandan yaxşı nəticə ilə qayıtmaq üçün hər şey edəcəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Konfrans Liqadının pley-off mərhələsindəki rəqibi “Aberdin”in futbolçusu Cey Emmanuel Tomas Ağdam təmsilçisi ilə Bakıda keçirəcəkləri matç haqqında danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi ölkəmizə ilk dəfə gəldiyini vurğulayaraq hava şəraiti ilə əlaqədar səfərin çətin ola biləcəyini bildirib:

“Azərbaycanda oynadığım ilk matç olacaq. İndiyədək heç vaxt oraya getməmişəm. Həmin ölkə ilə bizdə vaxt fərqi var. İsti hava şəraitinə görə çətinliklə üzləşə bilərik. Mümkün olan ən yüksək səviyyədə oynamağa çalışacağıq. İlk səfər oyunu həmişə sizin xeyrinizədir. Bizim yaşaya biləcəyimiz problemləri “Qarabağ” da Şotlandiyaya səfər edərkən yaşaya bilər”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Aberdin” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu avqustun 26-sı Şotlandiyada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Finalın püşkü atıldı

admin

İbrahim Şehiç “Qarabağ”a qayıdır?

admin

“Mançester Siti”nin sabiq üzvü “Qarabağ”la oyunu buraxacaq

admin