“Lion”un hücumçusu Jorj Mikautadze silahlı hücuma məruz qalıb.
İdmanxeber.az-ın məlumatına görə, hadisə “Nitsa” matçının ardından baş verib. 24 yaşlı futbolçu evinə yollanarkən iki naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
Soyğunçular futbolçunun 250 min avro dəyərində olan əşyalarını oğurlayıblar.
Mikautadze hadisə ilə bağlı polisə ifadə verib. Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, gürcüstanlı oyunçu Avropa Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində 4 gün əvvəl Bakıda “Qarabağ”ın qapısına 2 qol vurub.