Avroliqanın pley-off mərhələsində “Tvente” ilə qarşılaşacaq olan “Qarabağ”ın heytətində Maksim Medvedyev zədəsini sağaldıb.
İdmanxeber.com-un məlumatına görə, artıq komanda ilə birgə məşq edən futbolçunun Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya “Tvente”sinə qarşı oyunda meydana çıxması da mümkündü. Amma bu, baş məşqçi Qurban Qurbanovun qərarından asılı olacaq. Həkimlər də futbolçu ilə bağlı yekun qərarı məhz sabah verəcəklər.