Bu gün Avropa Liqasında "pley-off" mərhələsinin püşkü atılacaq.
İdmanxeber.com-un məlumatına görə, bu mərhələdə iki klubumuz – "Qarabağ" və "Neftçi" mübarizə aparacaqlar.
Klublarımız səpələnməmişlər səbətində yer alıblar. Bu o deməkdir ki, komandalarımız güclü klublarla qarşılaşacaqlar.
İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "pley-off" mərhələsinin oyunları 21-28 avqust tarixlərində keçiriləcək.
"Qarabağ" – "Tvente"
"Neftçi" – "Partizan"