Kateqoriyasız

“Qarabağ”a uğursuz olmuş hakim millimizin oyununda

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacağı oyunun təyinatları açıqlanıb. Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Daniel Zibert olacaq. Ona yan xətt hakimləri Yan Zaydel və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Saşa Stegemann yerinə yetirəcək.

Daniel Zibert ilk dəfə Azərbaycan millisinin oyununu idarə edəcək. O, indiyədək 34 beynəlxalq matç idarə edib.

36 yaşlı referi 2015-ci ildən FIFA referisidi. O, 2012/13 mövsümündən Bundesliqa matçlarına baş hakim kimi təyinat alır.

Zibert 2019/20 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – APOEL (Kipr) cavab matçını idarə edib. Həmin görüşdə 0:2 hesabı ilə uduzan Ağdam klubu mübarizəni dayandırmışdı.

Martın 24-də İtaliyada keçiriləcək Portuqaliya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43