24 Dekabr 2024
Kateqoriyasız

“Qarabağa yenə qol vurmağa çalışacağam”

“İlk oyunda “Qarabağ”a qollar vurduğum üçün çox xoşbəxt idim. Onlar hesabı birinci açdılar. Amma biz sonradan buna cavab verdik və mən dubl etdim. Həmin oyunda atmosfer möhtəşəm idi. Kiçik stadionlarda oynamaq mənim xoşuma gəlir. Həmin oyun zamanı da tribunalar meydana çox yaxın idi və azarkeşlərin dəstəyini hiss edirdim. “Qarabağ”la səfər oyununa gəlincə, Bakıya çox uzun yol qət etməliyik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri İngiltərənin “Tottenhem” klubunun koreyalı hücumçusu Son Hın Min Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri matçdan öncə deyib.

Forvard daha sonra sözlərinə belə davam edib:

“Qarabağ” evdə yaxşı oynadığını bilirik. Mütləq qələbə qazanacağımıza söz verə bilmərəm, amma bunun üçün əlimizdən gələni edəcəyik. Asan olmasa da, yenə qol vurmağa çalışacağam. Hətta qol vura bilməsəm də, məhsuldar ötürmə etməyə cəhd göstərəcəyəm. Əsas odur ki, komandamız qələbə qazansın, kimin qol vurması önəmli deyil. Mən komandamız üçün oynayacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43