05 Fevral 2025
Kateqoriyasız

“Qarabağ”da 100-ə çatan ilk braziliyalı

Ağdamın “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda komandasının heyətində 100-cü matçını keçirib. Yubiley matçı Topaz Premyer Liqasının XVIII turunun “Sumqayıt”la qarşılaşmasına təsadüf edən 25 yaşlı yarımmüdafiəçi bu matçadək 99 görüşdə 23 qol vurmuşdu. 

İdmanxeber.com-un məlumatna görə, nəticəsi ləğv olunan oyunlar nəzərə alınmamaqla, yubiley qarşılaşmasına çıxan Almeyda “Qarabağ”da 100 oyun keçirən ilk braziliyalı kimi tarixə düşdü. O, bu matçların 73-nü Premyer Liqa, 8-ni kubok, 19-nu avrokuboklarda keçirib.

2012/13 mövsümü

Çempionat – 30 (13)

Kubok – 4 (1)

2013/14 mövsümü

Çempionat – 28 (6)

Kubok – 3

Avropa Liqası – 7 (1)

2014/15 mövsümü

Çempionat – 15 (1)

Kubok – 1 (1)

Çempionlar Liqası – 4

Avropa Liqası – 8

Cəmi – 100 (23)

Çempionat – 73 (20)

Kubok – 8 (2)

Çempionlar Liqası – 4

Avropa Liqası – 15 (1)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43