“Qarabağ”ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya gedib.
İdmanxeber.com-un məlumatına görə, klubun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətəninə işguzar səfərə yollanıblar.Səfər zamanı 17 yaşlılardan ibarət komandanın məşqçi-köməkçisi Cavad Mirzəbəylinin səhətində ani ürək dayanması halı baş verib.”Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Cavad Mirzəbəyli Amsterdamın ən yaxşı ürək xəstəxanasına yerləşdirilib.Yüngül əməliyyatdan sonra vəziyyəti yaxşılaşan məşqçi hal hazırda palataya yerləşdirilib.