“Qarabağ”ın futbolçusu Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Səbail”ə qarşı görüşdə zədələnib.
İdmanxeber.az-a verilən məlumata görə, Abbas Hüseynov qarşılaşmada zədə alıb. Onun durumunun ciddi olduğu bildirilir. Hüseynov iki ay yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsilə başa çatıb.