07 Noyabr 2024
Ölkə futbolu

“Qarabağ”da ciddi itki

“Qarabağ”ın albaniyalı futbolçusu Admir Teli ciddi zədə alıb. 

İdmanxeber.com kubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” ilə qarşılaşmanı erkən tərk etməli olan mərkəz müdafiəçisinin müayinədən sonra uzun müddətə sıradan çıxdığı müəyyənləşib.

Albaniyalı müdafiəçinin sol ayağında 2-ci dərəcəli əzələ dartılması aşkar olunub. 32 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.

Qeyd edək ki, Admir Teli “Qəbələ” ilə oyunun 12-ci dəqiqəsində zədələnərək yerini İlqar Qurbanova verməli olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43