“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov sıradan çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun müdafiəçisi Bədavi Hüseynov millinin düşərgəsində sıradan çıxıb. Təcrübəli futbolçunun azı 3 həftə yaşıl meydanlardan kənar qalacağı bildirilir.
Hüseynovun Avropa Liqasının Liqa mərhələsində Bakıda keçiriləcək “Qarabağ” – “Lion” matçını da buraxacağı dəqiqləşib.