Kateqoriyasız

“Qarabağ”da ciddi itki – meydanı xərəkdə tərk etdi

Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində hazırda “Sileks”i qəbul edən (4:0) “Qarabağ” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, görüşün 79-cu dəqiqəsində komandanın kapitanı Maksim Medvedev zədələnib. Təcrübəli müdafiəçi meydanı xərəkdə tərk edib.

Onun zədəsinin nə dərəcədə ciddi olub-olmamasına həkim müayinəsindən sonra aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43