12 Dekabr 2024
Ölkə futbolu

“Qarabağ”da daha bir ciddi itki

UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah “Elfsborq”un (İsveç) qonağı olacaq “Qarabağ” daha bir itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bəhlul Mustafazadə matçın hazırlığı zamanı zədələnib. O, bud arxa əzələsinin gərilməsi səbəbindən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.

Daha əvvəl isə “Qarabağ”ın digər mərkəz müdafiəçisi Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin oyunu buraxacağı məlum idi.

Qeyd edək ki,  “Elfsborq” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43