Premyer Liqanın 14-cü turunda doğma azarkeşlər önündə "Rəvan"ı qonaq edəcək "Qarabağ"da 4 günlük istirahət bitib.
Klubun mətbuat xidmətindən idmanxeber.com -a verilən məlumata görə, Ağdam təmsilçisi bu gün toplaşacaq. Komanda da ciddi itki yoxdur. Sadəcə, Rəşad Sadıqovun yüngül zədəsi var və onun "Rəvan"la oyuna yetişdiriləcəyi bildirilir.
Bundan əlavə, "ağ-qaralar"ın 4 futbolçusu – Fərhad Vəliyev, Maksim Medvedev, Bədavi Hüseynov və Vüqar Nadirov millinin heyətinə çağrılıb.
Qeyd edək ki, "Qarabağ" – "Rəvan" matçı oktyabrın 24-də keçiriləcək.