23 Fevral 2025
Ölkə futbolu

“Qarabağ”da növbəti ayrılıq? – Bu legioner özünə klub axtarmağa başladı

Fabin Buntiç “Qarabağ”dan ayrıla bilər.

İdmanxeber.az-a daxil olan məlumata görə, Ağdam klubunun məşqçilər korpusu xorvatiyalı qolkiperin çıxışından narazıdı.

Son klubu Portuqaliya təmsilçisi “Vizela” olan Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qapıçı ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməsi üçün danışıqlar başlayıb. Lakin onun mövsümün sonunda bir başqa komandaya icarəyə verilmə variantı da var.

Əgər Buntiçlə bağlı bu planlardan hər hansı biri reallaşmasa, digər qolkiper – Şahruddin Məhəmmədəliyevlə yayda başa çatacaq müqavilə yenilənməyəcək.

Qeyd edək ki,  Xorvatiyanın U-18 və U-19 milli komandalarında da çıxış etmiş təcrübəli qapıçı yayda “köhlən atlar”la 3 illik müqavilə imzalamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43