Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşacaq "Qarabağ" bu oyuna ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun müdafiəçisi Elvin Yunuszadə cəzalı duruma düşdüyü üçün Lənkərandakı matçı buraxmalı olacaq. O, AZAL-la oyunda sarı vərəqə alaraq limiti doldurub.
Qeyd edək ki, "Xəzər Lənkəran" – "Qarabağ" matçı noyabrın 8-i keçiriləcək.