Dünyadan

“Qarabağ”da oynamaq hər baxımdan super idi” – Lunyov

Hazırda Moskva “Dinamo”sunda çıxış edən Andrey Lunyov sabiq klubu “Qarabağ” haqda danışıb.

İdmanxeber.az championat.com-a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Ağdam klubundakı karyerasını xatırlayarkən deyib:

“Qarabağ”da oynamaq hər baxımdan super idi. Uğurlu mövsüm keçirdik. Həm avrokuboklarda, həm də yerli çempionatda. Ölkə kubokunu qazandıq. Özümüzü göstərdik, amma bunu tam edə bilmədik. Daha yaxşı ola bilərdi”.

Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə “Qarabağ”da oynayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43