“Qarabağ”a təklif olunan hollandiyalı mərkəz müdafiəçisi Henriko Drosta 3 ölkənin klubundan “elçi” düşüblər.
İdmanxeber.com-un məlumatına görə, bu təkliflər 2-ci eşelon ölkələri olan Rumıniya, Polşa və Danimarkadandır. Rumıniyadan hazırda II pillədə olan “Astra” onunla maraqlanır. Danimarka çempionu “Midtyullann” da Drostu almaq istəyir. Ancaq Polşa çempionu Drostun Polşa çempionu “Lex”ə keçəcəyi daha inandırıcı görünür. Çünki hazırda Poznan təmsilçisinin təklif etdiyi rəqəm üzərində futbolçu ilə danışıqlar aparılır.
Qeyd edək ki, Henriko Drostun özü isə “Qarabağ”da oynamaq istəyir. Həm burda həmyerlisi Raydell Pupon oynayır, həm də digər klublara nisbətən “Qarabağ”ın oyunlarını paytaxtda keçirməsi onun bura can atmasına səbəb olub. (qaynar.info)