Kateqoriyasız

“Qarabağ”da özümü həmişə vacib oyunçu saymışam” – Gerye

“Qarabağ”da özümü həmişə vacib oyunçu saymışam. Müəyyən fikir ayrılığından sonra yenidən bir yerdəyik. Mən xoşbəxtəm və özümü evimdəki kimi hiss edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Donald Gerye yenidən “Qarabağ”a dönüşü haqda danışarkən deyib.

Haitili futbolçu daha sonra sözlərinə belə davam edib:

“Neftçi”ni tərk etdikdən sonra menecerimlə danışdım. O, mənə Türkiyədən bir neçə təklifin olduğunu dedi. Amma bilirsiniz ki, indiki maliyyə problemi dövründə maaş almaq çətindir. Ən yaxşı variant “Qarabağ”a qayıtmaq idi. Bu, yaxşı komandadır. Klubda maliyyə problemi yoxdur, maaş vaxtında ödənilir. Mənim həyat yoldaşım da “Qarabağ”a qayıtmağımı istəyirdi”.

Gerye deyib ki, Ağdam klubuna budəfəki transferindən əvvəl bir neçə futbolçu ilə danışıb: “Onlar da dedi ki, qayıt. Fanatlar da vardı. Biz müzakirə etdik və qərara gəldik ki, qayıtmaq ən yaxşı variantdır. Ona görə də müqavilə bağladım”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43