Premyer Liqanın XI turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” daha bu oyunda daha bir futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, Ağdam təmsilçisi çətin səfərdə Maksim Medvedevin xidmətindən məhrum olub.
Qara Qarayevin zədələ ucbatından Cənub klubu ilə oyunda çıxış etməyəcəyi bir yana, Medvedev də cəzalı durumda olduğu üçün səfər matçında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qarabağ” matçı 27 oktyabr, saat 19:00-da başlayacaq.