27 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”da “Tottenhem”lə görüşdə kim neçə aldı? – FOTO

“Qarabağ” Avropa Liqası liqa mərhələsinin ilk turunda səfərdə “Tottenhem”ə məğlub olub – 0:3.

İdmanxeber.az-ın məlumatına görə, görüşün ardından mütəxəssislər futbolçuların performansını qiymətləndirib. Komandamızın heyətində ən yüksək qiymət alan iki oyunçu var – Julio Romao və Elvin Cəfərquliyev.

Adıçəkilən oyunçuların çıxışı 7 balla qiymərləndirilib.

“Qarabağ”ın heyətində ən zıif çıxış edən futbolçular isə qapıçı Mateus Koxalski ilə Toral Bayramovdur. Üç qol buraxan polşalıya 5,7, penaltini yerinə yetirə bilməyən Bayramova isə 5,9 qiymət verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43