Kateqoriyasız

“Qarabağ”da yay islahatları başlayır: Biri göndərilir, digəri isə…

“Qarabağ”da əsas heyətə düşməkdə çətinlik çəkən Con Delarjın komandadan ayrılacağı gözlənilir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, ötən il “Bursaspor”dan heyətə cəlb olunan yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Onun müqaviləsinin bitməsinə hələ qalsa da, Ağdam klubu futbolçunu razı salaraq, qarşılıqlı şəkildə  müqaviləyə xitam verməsi yönündə cəhdlər edir. Çox güman ki, Delarj yay transfer pəncərəsində komandadan ayrılan futbolçu olacaq.

Bununla yanaşı performansı ilə Qurban Qurbanovu qane etməyən Emeqaranın da komandadan gedəcəyi gözlənilir. “Köhlən atlar”ın hücumdakı problemini həll edə bilməyən təcrübəli forvard yalnız bir şərtlə komandada qala bilər. Bunun üçün də “Qarabağ” gərək axtardığı hücumçunu tapmasın.

Qeyd edək ki, Emeqara da ötən il “Qarabağ”la 2 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43