08 Noyabr 2024
Kateqoriyasız

“Qarabağ”da yeni oyunçular

“Qarabağ” hazırlıqlarını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq, komandada 3 günlük icazə başa çatıb.

Fərqli millilərə gedən futbolçularla yanaşı Danilo Dias və Çumbinyo da zədə səbəbindən hazırlıqdan kənar düşüb. Belədə baş məşqçi Qurban Qurbanov “Qəbələ” ilə oyunun hazırlıqlarına əvəzedici heyətdən bir neçə futbolçunu da cəlb edib.

Qeyd edək ki, Premyer Liqanın 8-ci turunda baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu oktyabrın 18-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43