26 Dekabr 2024
Ölkə futbolu

“Qarabağ”da yeni rekordcu – Maksim Medvedev

Topaz Premyer Liqasının XI turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün əlamətdar olub.

“Qəbələ”ylə səfərdəki matç (3:1) müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub. Yalnız bir komandada – “Qarabağ”da çıxış edən, Medvedev bununla da klubun tarixində yeni rekorda imza atıb. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Maksim 2006/07 mövsümündən çıxış etdiyi “Qarabağ”da keçirdiyi 269 oyunda 10 qol vurub. O, “Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus olan və ötən tur şərik olduğu rekordu yeniləyib. Kərimov 1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub.

Qeyd edək ki, Maksim həm də ölkə çempionatlarında eyni klubda ən çox oyun keçirən futbolçudur. Belə ki, digər klubların rekordçularının göstəriciləri daha aşağıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43