Kateqoriyasız

“Qarabağ”dan ayrılan futbolçu: “Bir bədbəxtlik və qəribəlik var”

“Yeni ildən öncə “Qarabağ”dan çox az oynayacağımla bağlı xəbərdarlıq aldım. Bir bədbəxtlik və qəribəlik var”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”dan ayrılan İslandiya millisinin qapıçısı Hannes Halldorsson  deyib.

Ölkəsinin “Valyur” klubu ilə 2022-ci ilə qədər müqavilə imzalayan təcrübəli qolkiper daha sonra sölərinə belə davam edib:

“Bura gəlmək səhv addım idi. Darıxdırıcı vəzifə idi. Azərbaycanda yaşadıqlarım barədə bir kitab yaza bilərəm. Son 3 il karyeramın ən yaxşı dönəmləri idi. Bu qərar doğru olmadı”.

Qeyd edək ki, Halldorsson “Qarabağ”a ötən yay Danimarkanın “Randers” klubundan keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43