“Qarabağ”ın sabiq futbolçusu İnnosent Emeqara karyerasını ABŞ-da davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, 6 ay Ağdam klubunda top qovan forvard ABŞ-ın MLS Liqasında çıxış edən “San Xose “Örtkveyks” klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, 26 yaşlı isveçrəli futbolçu “Hamburq”un düşərgəsində bəyənilmədikdən sonra bir müddət idi ki, klubsuz qalmışdı.