05 Fevral 2025
Kateqoriyasız

“Qarabağ”dan ayrıldı, klub tapa bilmir

“Qarabağ”dan anasının xəstəliyini bəhanə edərək ayrılan Emeqara yenə klubsuz qalıb.

İdmanxeber.com-un məlumatına görə, Almaniyanın “Hamburq” klubunun Dubaydakı toplanışına qatılan isveçrəli futbolçu komanda tərəfindən bəyənilməyib. Daha öncə “Palermo” və “Parma” kimi klublardan da dəvət alan Emeqara “Hamburq”da olduğu zaman bu təkliflər də suya düşüb. Bu səbəbdən sabiq “Qarabağ”lı klubsuz qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43