“Kəpəz”lə danışıqlarım olub. Ancaq hələ ki, heç nə tam deyir. Qurban Qurbanovla danışmamışam. Onunla söhbətdən sonra hər şey bəlliolacaq”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Şəhriyar Əliyev deyib.
Ağdma klubunu “Kəpəz”ə dəyişməyə yaxın olan futbolçu yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib:
“Çoxdandı oyun praktikasından əziyyət çəkirəm. Mən sadəcə oynamaq istəyirəm. Baş məşqçim Qurban müəllimdi. O, nə desə elə də olacaq. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək”.