“Qarabağ” qış fasiləsində növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın gənc qolkiperi Şahruddin Məhəmmədəliyev “kimyaçılar”la müqaviləsini qarşılıqlı şəkildə ləğv edib. Artıq Şahruddinin yeni komandası da məlumdur. Belə ki, qolkiper “Qarabağ”la razılaşıb. Məhəmmədəliyevin sabah Ağdam təmsilçisinin Antalyadakı təlim-məşq toplanışına qoşulacağı gözlənilir.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev həm də 21 yaşlılardan ibarət millimizin üzvüdür.(sportal.az)