Sabah Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Dnerp”lə qarşılaşacaq “Qarabağ” klubunun rəhbərliyi bir sıra yeniliklərlə azarkeşlərini sevindirəcək.
İdmanxeber.com klubun rəsmi “facebook” hesabına istinadən xəbər verir ki, bu yeniliklərdən biri azarkeşlərin oyuna daxil olarkən üzlərini “Qarabağ”ın bayrağ rənglərinə və ya istədiyi rənglərə boyanması olacaq.
Stadionun ətrafında 5 nöqtədə azarkeşlərə bu xidmət göstəriləcək.
Noyabrın 6-da keçiriləcək “Qarabağ” – “Dnepr” oyunu saat 21:00-da başlayacaq.