20 Oktyabr 2021
Dünya futbolu

“Qarabağ”dan gedişinin səbəbini açıqladı: “Mən gələndə o getməli idi”

“İlk baxışdan hər şey yaxşı görünə bilər. Avropla Liqasında oynadıq, “qızıl dubl” etdik. Amma az oynamaq mənim üçün xoş deyildi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər mövsüm başa çatdıqdan sonra “Qarabağ”dan ayrılan serbiyalı qapıçı Boyan Şaranova məxsusdur. Ölkəsinin mətbuatına açıqlama verən Şaranov “Qarabağ”dan ayrılmasının səbəbini açıqlayıb. O bildirib ki, onun gəlişi zamanı Ağdam klubunun əsas qapııçısı İbrahim Sehiçin komandadan ayrılmaq varianti var imiş:

İbrahim Sehiç illərdi ki, klubda oynayır. Amma mən gələndə, o, klubdan getməli idi. Lakin onun başqa kluba keçidi baş tutmadı və uzun müddət klubun uğurları üçün çalışdığına görə əsas qapıçı kimi üstünlük qazandı”.

Boyan mövsümün sonunda da Sehiçin “Qarabağ”dan ayrılmaq ehtimalının olduğunu deyib: “Mövsümün sonuna yaxın bosniyalı qapıçının “Qarabağ”dan ayrılacağı gündəmdə idi. Lakin onun Türkiyə klubuna keçidi baş tutmadı. Bundan sonra ayrılıq qərarı verdim və müaviləmə qarşılıqlı razılıq əsasında xitam verildi”.

Şaranov gələcək planlarından danışıb: “Onu deyə bilərəm ki, “Partizan”a qayıtmayacam. Ümumiyyətlə, Serbiyada oynayacağımı düşünmürəm. Superliqadan təkliflərim olsa da, razılıq vermədim. Başqa planlar qururam. Həmişə demişəm ki, legioner həyatı yaşamaq daha yaxşıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Harri Keyn daha 6 il “Tottenhem”də

admin

Ravanelli “Axmat”da

admin

Unay Emeri: “Bakıya ən hazır oyunçularla gəlmişik”

admin