“Qarabağ”ın hücumçusu Mahir Mədətovun “Beşiktaş”a keçidi ilə bağlı yayılan məlumatlara klubdan aydınlıq gətirilib.
İdmanxeber.com-a açıqlama verən Ağdam təmsilçisinin icraçı-direktoru Əmrah Çəlikəl yayılan informasiyanı təkzib edib:
“Bu xəbər gündəmə oturub. Amma mən də sizin kimi mətbuatdan xəbər tutmuşam. Mahir Mədətova görə bizə rəsmi təklif göndərilməyib. Belə bir hal olsa, xəbər tutardıq”.