Türkiyənin “Çaykur Rizespor” klubunun futbolçusi Alper Potuk karyerasını “Qarabağ”da davam etdirə bilər.
İdmanxeber.az türkiyəli insayder Yağız Sabuncuoğluna istinadən xəbər verir ki, Ağdam klubu yarımmüdafiəçi üçün I Liqa təmsilçisinə təklif göndərib.
Türkiyə millisinin üzvü karyerası ərzində “Eskişehirspor”, “Fənərbağça” və “Abkaragücü”nün də formasını geyinib.