“Qarabağ” daha bir sabiq futbolçusunu geri qaytarır.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi Reynaldodan sonra Riçard Almeydanı da heyətinə qatmağa hazırlaşır. Qazaxıstanın “Astana” klubunda yaranmış maliyyə problemləri səbəbindən komandadan ayrılan yarımmüdafiəçi “Qarabağ”ın təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya şəhərinə gələcək. Əgər danışıqlar müsbət yekunlaşsa o zaman onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2012-2018-ci illərdə “Qarabağ”da çıxış edib.