Kateqoriyasız

“Qarabağ”dan növbəti transfer

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” heyətinə daha bir futbolçu cəlb edib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Çerno More”nin (Bolqarıstan) mərkəz yarımmüdafiəçisi Patrik Andrade transfer edib. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Afrika qitəsində yerləşən Kabo Verdenin vətəndaşı olan Petrik Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

Xatırladaq ki, “Qarabağ” yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiçi də heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43