Az öncə xəbər verdiyimiz kimi Avropa Liqasının qrup mərhələsinin püşkü atıldı.
İdmanxeber.com-un məlumatına görə, tarixində ilk dəfə bu turnirin qrupuna vəsiqə qazanan “Qarabağ” F qrupunda “İnter” (İtaliya), “Dnipr Dnepretrovsk” (Ukrayna), “Sent Etyen” (Fransa) klubları ilə mübarizə aparacaq.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza açıqlamasında püşkü dəyərləndirib:
“Bildiyiniz kimi, qrup mərhələsindəki bütün rəqiblər güclü olur. O ki qaldı, bizim rəqiblərə, “İnter”in gücü hamıya bəllidir. “Sent Etyen” Fransada kifayət qədər çempionluq yaşamış, titulları çox olan komandadır. “Dnepr” isə “Ukrayna”da ötən mövsüm çempionluq yarışında daim ilk üçlükdə oldu. Bunlara rəğmən biz çıxıb öz oyunumuzu oynayıb, yenidən sözümüzü demək istəyirik”.