22 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ”dan qaraciyər serrozundan əziyyət çəkən azarkeşinə jest! (FOTOLAR)

"Qarabağ"  futbol klubu qaraciyər serrozundan əziyyət çəkən azarkeşinə komandanın imzalı formasını hədiyyə edib. 

Bu barədə İdmanxeber.com-a "Qarabağ" azarkeşi Sevinc Məmmədova məlumat verib. Xanım azarkeşin bildirdiyinə görə, sosial şəbəkədə Mənsurlu Amiz adlanan şəxsin ən böyük arzusunun  "Qarabağ" klubunun imzalı formasını əldə etmək olduğunu eşidib və klubun mətbuat katibi Nurlan İbrahimov ilə əlaqə saxlayıb. "Qarabağ" rəhbərliyi qaraciyər serrozundan əziyyət çəkən Amizin arzusunu həyata keçirrərək, imzalı formanı ona hədiyyə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43